AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.06.2016 11:04

Güləşçilərimiz Batumidə 2 gümüş və 7 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)

Gürcüstanın Batumi şəhərində dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya komandalarının mübarizə apardığı yarışda güləşçilərimiz 2 gümüş və 7 bürünc medal qazanıb.

Yalnız final görüşündə uduzan Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) turnirin gümüş medalına yiyələnib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan yığmasından sonra ikinci yeri tutub.


Oxu 2743 dəfə
Tweet

Comments   

 
0 #1 Nusret 2016-06-20 12:59
EHSEN :D FERID QAFAROV
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW