AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.05.2016 16:04

Güləşçilərimiz Qazaxstanda 1 qızıl və 1 gümüş medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Qazaxstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi turnir 2 gün davam edib.

Turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 2 üzvü iştirak edib. 

64 pəhləvanın yarışdığı 59 kq çəkidə mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.

Beləliklə, güləşçilərimiz turnirdə 1 qızıl və 1 gümüş medal qazanıb.


Oxu 2711 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW