AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.03.2016 12:13

Güləşçilərimiz Yadigar İmam Kuboku uğrunda turnirin gümüş medalına sahib olub

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Bu dəfəki turniri digərlərindən fərqləndirən isə yeniyetmələr arasında ilk dəfə komanda yarışı xarakterli olması idi.

Yarışda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, İraq, Macarıstan, Qırğızıstan, Suriya, Ukrayna və İran komandaları mübarizə aparıb. 

Yunan-Roma güləşi yarışlarında ölkəmiz iki komanda ilə təmsil olunub. Əsas yığmanın üzvləri qrupda keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici görüşdə İran güləşçilərinə uduzan komandamızın üzvləri turnirin gümüş medallarına layiq görülüb. Digər komanda isə son görüşdə Macarıstan yığmasını məğlub edib və turniri 9-cu sırada başa vurub.

Sərbəst güləş üzrə yığmanın üzvləri isə turniri 5-ci sırada tamamlayıb. Güləşçilərimiz son görüşdə Gürcüstan yığmasını üstələyib.


Oxu 2225 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW