AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.02.2016 00:15

Aleksandr Medvedin mükafatı uğrunda turnirdən 1 qızıl və 1 gümüş medal

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçirilib. Turnirdə iştirak edən sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri 1 qızıl və 1 gümüş medala sahib olub. 

86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Rusiya, Macarıstan, Almaniyadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda London Olimpiadasının bürünc medalçısı Dato Marsaqaşvilidən üstün olan güləşçimiz finala yüksəlib. Finalda ABŞ təmsilçisini də məğlub edərək turnirin qızıl medalına sahib olub.

125 kq-da mübarizə aparan Səid Həmidov Özbəkistan, Qazaxstan və Almanyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə uduzaraq turnirin gümüş medalına yiyələnib.

61 kq çəki dərəcəsində təmsilçimiz Əhmədnəbi Qvarzatilov ilk görüşündə erməni əsilli Rusiya idmançısı üzərində inamlı qələbə qazansa da, növbəti görüşdə Rusiyadan digər təmsilçi Bekxan Qoyqereyevə uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz təsəlliverici görüşə qatılıb. Daha bir Rusiya təmsilçisi ilə qarşılaşma bu dəfə də Qvarzatilovun xeyrinə tamamlanıb. Bürünc medal uğrunda 57 kq-da son Dünya çempionu gürcü Vladimir Xinçeqaşviliylə gərgin keçən görüşdə uduzan güləşçimiz turniri 5-ci sırada tamamlayıb.

61 kq
1/16 final - Şokan Şingissov (KAZ) - Mahal Novruzov 5:5*
1/16 final - Həsən Rəhimi (İRİ) - Əli Rəhimzadə 3:1
1/8 final - Gevorg Terteryan (RUS) - Əhmədnəbi Qvarzatilov 0:8
1/8 final - Mahal Novruzov - Yeqor Ponomaryov (RUS) 4:14
1/4 final - Əhmədnəbi Qvarzatilov - Bekxan Qoyqereyev (RUS) 4:8
Təsəlliverici görüş - Rustam Abduraşidov (RUS) - Əhmədnəbi Qvarzatilov 1:3
Bürünc medal görüşü - Əhmədnəbi Qvarzatilov - Vladimir Xinçeqaşvili (GEO) 9:10


86 kq
1/16 final - Nurməhəmməd Hacıyev - Hacı Xaşbakov (RUS) 8:0
1/8 final - İstvan Vereb (HUN) - Nurməhəmməd Hacıyev 1:4
1/4 final - Nurməhəmməd Hacıyev - Uilyam Xart (GER) 4:0
1/2 final - Dato Marsaqişvili (GEO) - Nurməhəmməd Hacıyev 4:4*
FİNAL - Riçard Perri (USA) - Nurməhəmməd Hacıyev 0:6


125 kq
1/8 final - Səid Həmidov - Xasanboy Raximov (UZB) 5:0 (tuşe)
1/4 final - Səid Həmidov - Dmitri Popov (KAZ) 6:1
1/2 final - Nika Matyuxin (GER) - Səid Həmidov 0:5 (tuşe)
FİNAL - Qeno Petriaşvili (GEO) - Səid Həmidov 10:0

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.


Oxu 2584 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW