AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.02.2016 09:57

Sərbəst güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
18-19 fevral 2016-cı il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcək. 

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaq. Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Oxu 2555 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW