AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.02.2016 20:31

Qadın güləşçilərimiz Kiyevdə 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə  iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq)Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz qarşılaşdıqları bütün rəqiblərini üstələyib. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.

55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib.

Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.

63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macarıstanlı Dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.

Oxu 2992 dəfə
Tweet

Comments   

 
0 #2 ibad 2016-02-15 15:05
Quoting ibad_abbasov12:
:P

Quoting ibad_abbasov12:
:P

Quoting ibad_abbasov12:
:P

Quoting ibad_abbasov12:
:P

Quoting ibad_abbasov12:
:P

:-x
Quote
 
 
0 #1 ibad_abbasov12 2016-02-15 15:04
:P
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW