AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.02.2016 14:33

Qadın güləşçilərimiz Kiyevdə xatirə turnirində iştirak edəcək

Materialı qiymətləndirin
(1 Səs)
13-14 fevral 2016-cı il tarixdə Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçiriləcək. 

Turnirdə qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Anjela Doroqan, Almaz İsmayılova (hər ikisi 55 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç (hər ikisi 58 kq), Tatyana Omelçenko (60 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (69 kq) sınaqdan keçiriləcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, fevralın 13-də 48, 55, 60, 69 kq, 14-də isə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər yarışacaq. 


Oxu 1349 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW