AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.07.2015 15:21

Azərbaycan yığması Naxçıvan Kuboku turnirinin qalibi oldu / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edir. Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparır. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları mübarizə aparıb. 

Öz yarımqruplarında birinci olmuş Azərbaycan və Rusiya komandaları finalda qarşılaşıb. Ümumi hesabda bərabərlik qeydə alınsa da, xal hesabına rəqibindən üstün olan güləşçilərimiz turnirin baş mükafatını qazanıb. Rusiya yığması ikinci olub. Bürünc medalın taleyi isə, Gürcüstan və Türkiyə yığmalarının görüşündə müəyyənləşib. 4:4 hesablı bərabərliklə tamamlanan görüşdə Gürcüstan yığması xal hesabındakı üstünlüyünə görə "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin bürünc mükafatını qazanıb. 

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal və diplomlarla təltif edilib. Daima güləşçilərin yanında olan və onları dəstəkləyən "Yeni Həyat" Şirkətlər qrupu tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin qalibləri üçün 100 000 ABŞ dolları məbləğində pul mükafatı da ayrılıb. Birinci yeri tutan komanda 50000, ikinci yerin sahibi 30000, üçüncü yerin qalibi isə 20000 ABŞ dolları ilə mükafatlandırılıb. 

Dövrə A yarımqrupu Hesab Nəticə      Dövrə B yarımqrupu Hesab Nəticə
I Azərbaycan - Gürcüstan
Özbəkistan - İran
6:2
7:1
1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Özbəkistan
4. İran
I Naxçıvan - Türkiyə
Rusiya - Qazaxstan
3:5
8:0
1. Rusiya
2. Türkiyə
3. Naxçıvan
4. Qazaxstan
II Azərbaycan - Özbəkistan
Gürcüstan - İran
7:1
8:0
II Naxçıvan - Rusiya
Türkiyə - Qazaxstan
1:7
5:3
III Azərbaycan - İran
Gürcüstan - Özbəkistan
8:0
7:1
III Naxçıvan - Qazaxstan
Türkiyə - Rusiya
7:1
1:7

7-ci yer uğrunda İran - Qazaxstan   0:8 
5-ci yer uğrunda Özbəkistan - Naxçıvan   2:6
3-cü yer uğrunda Gürcüstan - Türkiyə   4*:4 (19:16)

FİNAL - AZƏRBAYCAN - RUSİYA           4*:4         YEKUN
50 kq - Arif Hüseynov - Aslan Minkailov
55 kq - Mahir Əmiraslanov - İbrahim İlyasov
60 kq - Mahal Novruzov - Din-İslam Adjiev
66 kq - Teymur Məmmədov - Tayqib Həsənov
74 kq - Məhəmmədhacı Muxutov - M.İmamşapiev
84 kq - M.Qazıməhəmmədov - Cəbrayıl Şapiev
96 kq - Turxan Qurbanov - Tacuddin Muxtarov
120 kq - Səid Həmidov - Maqomedamil İsrailov
4:6
0:10
4:0 (tuşe) 
8:6
7*:7
6:8
5:7
8:0 (tuşe)
1.
2.
3. Gürcüstan
4. Türkiyə
5. Naxçıvan
6. Özbəkistan
7. Qazaxstan
8. İran


 
 
Oxu 8711 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW