AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.07.2015 17:32

"Naxçıvan Kuboku" turnirinin püşkatma mərasimi keçirildi / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
22-23 iyul 2015-ci il tarixdə Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edir. 

Bu gün turnirdə iştirak edən komandaların püşkatma mərasimi, ardınca idmançıların çəki prosesi keçirilib. 

Püşkatmanın nəticələrinə əsasən, A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları mübarizə aparacaq.

Turnirin proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 22 iyul 2015-ci il, saat 10:00-da baş tutacaq. 

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Turnir İdman-Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq. 

 
Oxu 2849 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW