AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.07.2015 16:18

Yeniyetmələr Tiflisdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Gürcüstanın paytaxtı Tiflis şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Çempionlar Beynəlxalq turniri keçirilib.

Güləşçilərimiz yığma komandanın böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında turnirdə iştirak edib və turniri 1 qızıl, 3 gümüş və 2 bürünc medalla tamamlayıb.

42 kq çəkidə mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə, yığmamıza Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıb. 


Oxu 727 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW