AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.04.2015 14:46

Güləşçilərimiz Konyadan 6 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdır / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
21-22 aprel 2015-ci il tarixdə Türkiyənin Konya şəhərində 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində güləş yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhər yığma komandaları mübarizə aparıb. 

Kiçik yaşlı yeniyetmələrin mübarizəsində ölkəmizi məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında 9 güləşçi təmsil edib. Pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşi növlərində qüvvələrini sınayıb. Güləşçilərimiz Vətənə 6 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdır. 

Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıb. 54 kq çəkidə mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medala yiyələnib. 

Yunan-Roma güləşi növündə də qüvvələrini sınayan güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 50 kq-da Turan Bayramov və 58 kq-da Vahid Əlizadə bütün rəqiblərindən üstün olub. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıb. 

Hər iki növ üzrə komanda sıralamasında yığmamız üçüncü yerdə qərarlaşıb. 

Oxu 3861 dəfə
Tweet

Comments   

 
0 #1 mustafa erdemir 2015-04-30 22:12
AZİZ gardaşlarımızı Konya şehrinde ağırlmaktan mutlu olduk fakat şehrimizden ayrıldıklarında ise hem şahsımın hem sporcularımızın yüreği burkuldu .gelen heyetteki yahşi böyüklerimiz elşad ve namık hocalar beyefendilikler i ile sporcu gardaşlar ise pehlivanlıkları ile turnuvamızda ne kadar değerli olduklarını bize gösterdiler .güles deki maharetleri ve dostluktaki nezaket ve samimiyetleri bizi ziyadesi ile memnun etti bu sepepten AZERBAYCAN ulkesi ve GÜREŞ federasi yetkililerine teşekkür eder bu yahşi münasebetlerin ilelebet devamı için elimizden gelen gayreti göstermelerini rica ederim teşekkürler AZERBAYCAN teşekkürler Güleş federasiyasi teşekkürler elşad ve namik hocam sizi yüereğimizde bir ömür taşımak boynumuzun borcu olsun sevgi selam hürmetle mustafa erdemir KONYA dan
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW