AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.02.2015 09:43

Krivoy-Roqdan 3 qızıl, 4 gümüş və 5 bürünc medal

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb. 

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medala yiyələnib. 

Gənc qızlarımız isə böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışıb. Gənc qızlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıb. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medalla kifayətlənib.  

Beləliklə, yeniyetmə və gənc qızlardan ibarət yığmamız ümumilikdə 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.

 
Oxu 633 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW