AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.01.2015 12:54

Yeniyetmə güləşçilərimiz "Yadigar İmam Kuboku" beynəlxalq turnirində

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
29-30 yanvar 2015-ci il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edəcək. 

Məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında turnirə yollanancaq yunan-Roma yığmasının heyətinə 10 güləşi daxil edilib. Turnirdə ölkəmizi Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) təmsil edəcək. 

Sərbəst güləşçilərin yarışında isə, Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (hər ikisi 76 kq) mübarizə aparacaq. Yığma komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcək. 

Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşlərin idarə edilməsində iştirak edəcək. 

Turnirin proqramına əsasən, yanvarın 29-da sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq, yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sərbəst güləş üzrə 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəkidə idmançılar isə yanvarın 30-da mübarizə aparacaq. 



Oxu 4345 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW