AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.01.2015 21:35

Xatirə turnirində ilk gün 3 qızıl, 7 gümüş və 10 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(10 səs)
"Sərhədçi" İdman Olimpiya Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir start götürüb. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparır. 

Beynəlxalq turnirin iştirakçıları, idman ictimaiyyətinin nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Onlar böyük siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun məzarı önünə gül dəstəsi qoyublar.

Sonra turnir iştirakçıları və idman ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. İdmançılar şəhidlərin, o cümlədən Müşfiq İsayevin məzarı üzərinə güllər düzüblər.

Daha sonra turnirin təntənəli açılış mərasimi olub. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Natiq bildirib ki, cari ildə pəhləvanlarımızı ciddi sınaq gözləyir. İdmançılarımız, o cümlədən güləşçilərimiz Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, bütün yarış iştirakçılarına uğurlar arzulayıb.

Turnirin ilk günündə sərbəst güləş yarışları keçirilib. 153 pəhləvanın mübarizə apardığı yarış günündə qalib və mükafatçılar müəyyənləşib. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif edilib.

Azərbaycan güləşçiləri turnirin ilk günündə 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

42 kq 
FİNAL - Əsgər Məmmədəliyev - Şahin Muxtarov 
Bürünc medal görüşü - Akbar Kurbanov (Qazaxstan) - Gia Ugrelidze (Gürcüstan)
Bürünc medal görüşü - Ramiz Həsənov - Asif Məhərrəmov

46 kq
FİNAL - Rakhat Kaljan (Qazaxstan) - Rustam Juraev (Özbəkistan)
Bürünc medal görüşü - Röyal Ağamalıyev - İntiqam Vəlizadə
Bürünc medal görüşü - Hossein Nazari (İran) - Cavid Cavadzadə

50 kq 
FİNAL - Əliabbas Rzazadə - Dadgar Mohsen (İran)
Bürünc medal görüşü - Ülvi Hacızadə - Zaur Gagloev (Rusiya)
Bürünc medal görüşü - Şahin Əlifzadə - Bayram İsmayılov 

54 kq 
FİNAL - Kənan Şahbazov - Vano Godelaşvili (Gürcüstan)
Bürünc medal görüşü - Elmar İbrahimov - Kənan Ağamalıyev 
Bürünc medal görüşü - Elton Şahbazov - Giorgi Adleyba (Rusiya)

58 kq
FİNAL - Fazil Həsənov - Fizuli Hüseynov
Bürünc medal görüşü - Fərid Cəfərov - Goga Mamiauri (Gürcüstan)
Bürünc medal görüşü - Daud İbragimov (Rusiya) - Ahmedhan Gelişanov (Rusiya)

63 kq 
FİNAL - Qurban Qurbanov - Orxan Abbasov 
Bürünc medal görüşü - Tornike Kvinikadze (Gürcüstan) - Nəsib Osmanov 
Bürünc medal görüşü - Armin Babayi (İran) - Maqomed Surxoev (Rusiya)

69 kq
FİNAL - İsmayıl Abdullayev - İveriko Julakidze (Gürcüstan)
Bürünc medal görüşü - Camal Məmmədov - Xalid Əlizadə
Bürünc medal görüşü - Aslan Kurtoglu (Rusiya) - Mamuka Naniev (Rusiya)

76 kq 
FİNAL - Ravil Babazadə - Demuri Megeneişvili (Gürcüstan)
Bürünc medal görüşü - Giorgi Bregvadze (Gürcüstan) - Hamed Manafian (İran)
Bürünc medal görüşü - Abdulmuslim Məmmədov - Emin Nəcəfzadə 

85 kq 
FİNAL - Abofazl Gilpoor (İran) - Aslanbek Gvarmaniya (Rusiya) 
Bürünc medal görüşü - Xusanboy Raximov (Özbəkistan) - İbragim Barkinxoev (Rusiya)
Bürünc medal görüşü - Nəvai Bəkirov - Rahid Həmidli 

100 kq 
FİNAL - Amir Reza Fatahi (İran) - Xasaboy Raximov (Özbəkistan)
Bürünc medal görüşü - Zuriko Urtaşvili (Gürcüstan) - Adilet Botabek (Qazaxstan)
Bürünc medal görüşü - Əli Əminov - Aslan Kokoev (Rusiya)




Oxu 7847 dəfə
Tweet

Comments   

 
-2 #2 yusif abbasov 2015-01-16 18:45
qadanalim ay asif :lol: :lol:
Quote
 
 
+1 #1 yusif 2015-01-16 18:44
qadanalim ay asif
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW