AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.01.2015 10:29

Güləşçilər Müşviq İsayevin xatirə turnirində qüvvələrini sınayacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
16-17 yanvar 2015-ci il tarixdə Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir keçiriləcək. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirakı gözlənilir. 

İki gün davam edəcək yarış “Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq.

İlk gün sərbəst, ikinci yarış günündə isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.


Oxu 4190 dəfə
Tweet

Comments   

 
0 #1 yusif 2015-01-16 14:06
cox qwng
:oops: :oops: :-*
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW