AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.12.2014 10:02

Yeniyetmələrimiz Dağıstandan 1 gümüş və 1 bürünc medalla qayıdıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)

Dağıstanın Kaspiysk şəhərində Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yeniyetmə sərbəst güləş yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 

Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanmışdı. Onlardan ikisi fəxri kürsüdə yer alıb. 85 kq çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. 76 kq çəkidə yığmamızı təmsil edən Əhliman Quliyev isə bürünc medal qazanıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib. 

Oxu 652 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW