AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.05.2014 12:58

"Naxçıvan Kuboku" turnirinin açılış mərasimi keçirildi / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.

Turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, AGF-nin Baş katibi Əjdər Cəfərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Azad Rəhimov dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq barədə danışan natiq qeyd edib ki, Milli Gimnastika Arenası tikilib istifadəyə verilib, yeni Olimpiya stadionu və Su İdman Növləri Sarayı tikilməkdədir. Yaradılmış şərait nəticəsində Azərbaycan ən bötəbər beynəlxalq yarışların, o cümlədən dünya və qitə çempionatları, Olimpiya təsnifat turnirlərinin keçirildiyini diqqətə çatdıran Azad Rəhimov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib.

AGF-nin vitse-prezidenti cənab Namiq Abdullayev Vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan cənab Vasif Talıbov yarışı açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib. "Eurovision" musiqi yarışında ölkəmizi uğurla təmsil edən Səbinə Babayeva, müğənnilər Zamiq və Günay İbrahimlinin ecazkar ifaları arenaya toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq barədə danışan natiq qeyd edib ki, Milli Gimnastika Arenası tikilib istifadəyə verilib, yeni Olimpiya stadionu və Su İdman Növləri Sarayı tikilməkdədir. Yaradılmış şərait nəticəsində Azərbaycan ən bötəbər beynəlxalq yarışların, o cümlədən dünya və qitə çempionatları, Olimpiya təsnifat turnirlərinin keçirildiyini diqqətə çatdıran Azad Rəhimov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib.

Oxu 3644 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW