AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.04.2014 11:35

Gənc sərbəst güləşçilər "Naxçıvan Kuboku" uğrunda yarışacaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
4-5 may 2014-cü il tarixdə Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandaları iştirakı planlaşdırılır.

Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 5 may 2014-cü il, saat 12.00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.


Oxu 3165 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW