AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.02.2014 21:37

Bolqarıstandan 5 qızıl və 2 bürünc medal

Materialı qiymətləndirin
(6 səs)
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamız üzvləri turniri 5 qızıl və 2 bürünc medalla tamamlayıb. 

Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.

74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.

Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.

86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub.

57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün olub.

Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıb. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb.

Olimpiya və Dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb.

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.



Oxu 7231 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW