AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
04.02.2014 10:39

Yeniyetmə və gənc qızlar Krivoy-Roqda yarışacaq

Materialı qiymətləndirin
(4 səs)
4-5 fevral 2014-cü il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Yeniyetmə və gənc qızlardan ibarət yığma komanda 2014-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 12 idmançı yer alıb. Yeniyetmələrin yarışında Türkan Nəsirova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq), gənc qızların yarışında isə, Şəfəq Muradzadə, Anna Pavliv (hər ikisi 48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq), Elmira Qəmbərova (63 kq), Dərya Korin (67 kq) və Raqnetta Qurbanzadə (72 kq) iştirak edəcək.


Oxu 276 dəfə
Tweet

Comments   

 
0 #1 Xaqani 2014-02-04 22:01
Turkan Nesirova (46)kq nece oldu?
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2