AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.01.2014 20:52

Müşviq İsayevin xatirə turnirindən 5 qızıl, 6 gümüş və 8 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnir keçirilib. 

Yarış iştirakçıları, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhid Müşviq İsayevin və digər şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 17-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. "Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi Azərbaycan idmançıları 2013-cü ildə mötəbər yarışlarda 782 medal qazanıblar. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm".

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətləri xatırladıb. O, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.

Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan ümumilikdə 135 güləşçi birincilik uğrunda mübarizə aparıb. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olub və komanda hesabında ilk sırada qərarlaşıb. İran komandası ikinci, Qazaxıstan üçüncü olub.

Digər qalib və mükafatçılar aşağıdakılardır:

42 kq
1. Amir Parsteh - İran
2. Yerbol Dilmagambetov - Qazaxıstan
3. Rustambek Jurayev - Özbəkistan
3. Murad Məmmədov - Azərbaycan
    46 kq
1. Afşin Rahmarirka - İran
2. Almas Cumabayev - Qazaxıstan
3. Yerbulan Sarkitbayev - Qazaxıstan
3. Jandoq Karibay - Qazaxıstan
       
50 kq
1. Fazil Həsənov - Azərbaycan
2. Cahangirmirzə Turubov - Özbəkistan
3. Nader Nasrisamakuş - İran
3. Kənan Ağamalıyev - Azərbaycan
    54 kq
1. Əfqan Xaşalov - Azərbaycan
2. Murad Abdulmuslimov - Azərbaycan
3. Toktagul Kapanov - Qazaxıstan
3. Abulfazi Hajipuramiji - İran
       
58 kq
1. Mahir Əmiraslanov - Azərbaycan
2. Qüdrət Ağayev - Azərbaycan
3. Hossein Yusifikamangar - İran
3. Zəlimxan Vəliyev - Azərbaycan
    63 kq
1. Teymur Məmmədov - Azərbaycan
2. Rasim Mustafayev - Azərbaycan
3. Jaksilik Sultan - Qazaxıstan
3. Pənah İlyaslı - Azərbaycan
       
69 kq
1. Fuad Məmmədov - Azərbaycan
2. Xızır Aslambekov - Rusiya
3. Hamed Darbandi - İran
3. Xalid Əlizadə - Azərbaycan
    76 kq
1. Yeskali Dauletkazi - Qazaxıstan
2. Şahmar Əzimov - Azərbaycan
3. Əhliman Quliyev - Azərbaycan
3. Sənan Əlizadə - Azərbaycan
       
85 kq
1. Ali Nikzad - İran
2. Orxan Həsənov - Azərbaycan
3. Zauri Beradze - Gürcüstan
3. Cavid Sadıqov - Azərbaycan
    100 kq
1. Givi Maçaraşvili - Gürcüstan
2. İqbal Hacızadə - Azərbaycan
3. Coni Petriaşvili - Gürcüstan
3. Naeimi Hassanzade - İran



Oxu 6113 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW