AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.10.2013 14:35

Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
Oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir keçiriləcək. Sərbəst güləş üzrə keçiriləcək yarışda yığma komandamızın 6 üzvü iştirak edəcək.

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq), İbrahim Usubov, İlya Xamikoyev (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.

Turnirin proqramına əsasən oktyabrın 5-də 55, 66, 84 və 120 kq, oktyabrın 6-da isə 60, 74 və 96 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.
Oxu 3454 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW