AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.08.2013 10:08

Sərbəst və qadın güləşçilərimiz üçün Dünya çempionatı öncəsi son sınaq

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək.

Dünya çempionatına hazırlaşan komandalarımız 10-11 avqust 2013-cü il tarixdə Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnir və qadın güləşi üzrə “Poland Open” 17-ci beynəlxalq turnirdə iştirak edəcək.

Sərbəst güləş yığmamız böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Mircəlal Həsənzadə (55 kq), Ağahüseyn Mustafayev, Emin Əzizov, Ruslan Dibirhacıyev (hamısı 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 84 kq), Cəmaləddin Məhəmmədov və Alsan Dzebişov (hər ikisi 120 kq) yer alıb.

Qadın güləşçilərin yarışında baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında ölkəmizi Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq), Natalya Palamarçuk (67 kq) və Gözəl Zutova (72 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov iştirak edəcək.

Turnirin proqramına əsasən, avqustun 10-da 51, 59 və 67 kq-da qadın, 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışacaq. Avqustun 11-də isə qadın güləşçilər 48, 55, 63 və 72 kq-da, sərbəst güləşçilər 60, 74 və 96 kq-da mübarizə aparacaqlar.

Turnirin gedişi və nəticələrini aşağıdakı linklərdən izləyə bilərsiniz:

http://www.ziolkowski.zapasy.org.pl/

http://www.polandopen.zapasy.org.pl/

Oxu 3793 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW