AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.02.2018 10:57

Nümayəndəliklər üzrə zona yarışlarında min nəfərdən artıq güləşçi iştirak edib

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
20-21 fevral 2018-ci il tarixdə sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. 

Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilib. 

23 yanvarda Şamaxı Olimpiya İdman Kompleksində 3 saylı nümayəndəlik, 25-26 yanvarda Sabirabadda 4 saylı nümayəndəlik və 27-28 yanvarda 5 saylı nümayəndəlik üzrə seçim yarışları keçirilib.  28-30 yanvarda Hövsan Olimpiya İdman Kompleksində 1 saylı nümayəndəliyin, 31 yanvar-1 fevral tarixlərində isə Balakəndə 6 saylı nümayəndəliyin təsnifat yarışları keçirilib. Sumqayıtda 2 saylı və Gəncədə 7 saylı nümayəndəliyin seçim yarışları isə 2-3 fevralda baş tutub. 

Ümumilikdə, nümayəndəliklər üzrə Azərbaycan çempionatında iştiraka vəsiqə uğrunda keçirilən seçim yarışlarında 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.


Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. 

Birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir. 

11-12 fevral tarixlərində Sumqayıtda 2 saylı nümayəndəliyin, Balakən və Şəmkirdə isə 6 və 7 saylı nümayəndəliyin seçim yarışları keçirilib. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları fevralın 12-də başlayıb və 15 fevraladək davam edəcək. 3 saylı nümayəndəliyin seçim yarışları fevralın 18-də Şamaxıda, 18-19 fevralda isə 4 və 5 saylı nümayəndəliklərin təsnifat yarışları müvafiq olaraq Sabirabad və Göyçayda keçiriləcək. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 14-16 mart 2017-ci il tarixdə yeniyetmələrin Azərbaycan birinciliyi baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
Oxu 421 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW