AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Saturday, 16 December 2017 18:46

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb / FOTO

Rate this item
(4 votes)
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılır, onlar ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

İlk yarış günlərində 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb. Ümumilikdə 177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalıb. 

Ziya Zeynalov (55 kq), Sakit Quliyev (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Türmən Eyyubov (97 kq) və Cavid Feyziyev (130 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

55 kq
FİNAL – Ziya Zeynalov (Neftçi İK) – İbrahim Nurullayev (Gömrükçü İSM) 10:1
Bürünc medal görüşü - İzzət Süleymanov (Gəncə, Təhsil İC) – Eldəniz Əzizli (ROİL) 0:8
Bürünc medal görüşü – Zülfüqar Əliyev (Sumqayıt, Təhsil İC) – Zaur Əliyev (Lokomotiv) 10:1

60 kq
FİNAL - Sakit Quliyev (Neftçi İK) - Murad Bazarov (ROİL) 3:1
Bürünc medal görüşü - Sədi Balabəyov (Cəngi GK) - Təbriz Yusubzadə (Lənkəran) 4:3
Bürünc medal görüşü - Murad Məmmədov (MOİK) - Elşad Məmmədov (Neftçi İK) 4:1

63 kq
FİNAL – Mikayıl Rəhmanov (Zenit İC) – Taleh Məmmədov (Gömrükçü İSM) 2:6
Bürünc medal görüşü – Xəyyam Abdullayev (Neftçi İK) – Elçin Həsənov (Lənkəran) 2:3
Bürünc medal görüşü – Vilayət Qəhrəmanlı (Qubadlı) – Kazbek Fətəliyev (Qusar)8:0

67 kq
FİNAL - Kamran Məmmədov (DİN İC) - Elman Muxtarov (MOİK) 4:1
Bürünc medal görüşü - Səbuhi Nağıyev (Neftçi İK) - Orxan Eyvazov (MOİK) 3:8
Bürünc medal görüşü - Məmmədəli Həsənov (Gənclik İK) - Şaiq Eyvazov (Göyçay) 0:9

72 kq
FİNAL – Namaz Rüstəmov (MOİK) – Ülvi Qənizadə (Neftçi İK) 1:5
Bürünc medal görüşü – Nofəl Babayev (Sumqayıt, Zenit İC) – Rövşən Tağıyev (MOİK) 8:0
Bürünc medal görüşü – Emil Abdullayev (Gəncə, Təhsil İC) – Sənan Süleymanov (MOİK) 0:3

77 kq
FİNAL - Həsən Əliyev (MOİK, Neftçi İK) - Hüseyn Abbasov (Sumqayıt, Zenit İC) 7:0
Bürünc medal görüşü - Rüstəm Əliyev (DİN İC) - Sənan Əlimirzəyev (MOİK) 2:1
Bürünc medal görüşü - İlkin Əsgərov (MOİK) - Azər Hüseynov (Zəngilan) 2:3

82 kq
FİNAL – Rafiq Hüseynov (MOİK) – Elvin Mürsəliyev (Neftçi İK) 1*:1
Bürünc medal görüşü – Anar Əlizadə (Gənclik İK) - Nicat Abdullayev (MOİK) 0:8
Bürünc medal görüşü – Rəfael Məhərrəmov (Sabirabad) – Elton Vəzirzadə (MOİK) 1:9

87 kq
FİNAL - Arif Niftullayev (Neftçi İK) - İslam Abbasov (MOİK) 3:5
Bürünc medal görüşü - Xəyal Mehtiyev (Cəngi GK) - Soltan İsmayılov (MOİK) 2:7
Bürünc medal görüşü - Fuad Əliyev (DİN İC) - Orxan Qəhdiranov (DİN İC) 6:7

97 kq
FİNAL – Saqimaqomed Omarov (Atasport) – Türmən Eyyubov (MOİK) 0:3
Bürünc medal görüşü – Seymur Nizami (Gəncə, Təhsil İC) – Ramil Məmmədov (DİN İC) 2:6
Bürünc medal görüşü – Orxan Nuriyev (MOİK) – Nizami Şəmilov 2:1 (Gəncə, Təhsil İC)

130 kq
FİNAL - Oyan Nəzəriani (Atasport) - Cavid Feyziyev (Pəhləvan) 1:1*
Bürünc medal görüşü - Lövhər Heydərov (Gənclik İK) - Adəm Cəlilov (Zenit İC) 1:5
Bürünc medal görüşü - Əli Həsənov (Göyçay) - Uğur Hacılı (DİN İC) 5:0 (tuşe)


Read 3083 times
Tweet
More in this category: « Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib / FOTO Azərbaycan çempionatında sərbəst güləşçilər mübarizə aparıb / FOTO »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW