AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
30.04.2015 11:30

Yeniyetmələrin Azərbaycan çempionatının seçim turnirləri keçirilir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(11 səs)
Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. 

Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə 25 aprel - 8 may 2015-ci il tarixlər arasında AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilir. 

25-26 aprel tarixlərində AGF-nin 3, 5 və 6 saylı nümayəndəliklərdə seçim yarışları keçirilib. 2 və 4 saylı nümayəndəliklərdə seçim yarışları mayın 1-2-də, 7 saylı nümayəndəlikdə isə, mayın 2-3-də baş tutacaq. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışı isə 5-8 may tarixlərində Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən 19-21 may 2015-ci il tarixdə yeniyetmələrin Azərbaycan çempionatı baş tutacaq. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

 
Oxu 3684 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW