AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.12.2014 09:57

Azərbaycan çempionatında ilk gün sərbəst güləşçilər yarışdı / FOTO

Materialı qiymətləndirin
(8 səs)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb. 

Əvvəlcə çempionatın rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və AGF baş katibi Əjdər Cəfərov ölkəmizdə idmanın inkişafından, bütün sahələrdə olduğu kimi idmana və idmançılara dövlət qayğısından bəhs edib. Çıxışçılar 2014-cü ildə güləşçilərin qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onları 2015-ci ildə məsuliyyətli bir sınaq gözlədiyini bildiriblər. 

Daha sonra bu günlərdə Parisdə Fransa komandası ilə dostluq görüşününn qəhrəmanları olan güləşçilərin mükafatlandırılma mərasimi keçirilib. Mükafatları Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov təqdim edib. Xatırladaq ki, Parisin  məşhur Qış sirkində baş tutann dostluq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan çempionatının ilk günündə sərbəst güləş üzrə 5 çəki dərəcəsində 131 pəhləvan mübarizə aparıb. 

57 kq
FİNAL - Yaşar Əliyev - Mircəlal Həsənzadə 4:3
Bürünc medal görüşü - Etibar Hacıyev - Pərviz İbrahimov 2*:2
Bürünc medal görüşü - Eldəniz Əzizli - Mahmud Məhəmmədov 0:10
61 kq
FİNAL - Ruhlan Məmmədov - Cəlal Süleymanov 2:5
Bürünc medal görüşü - Kamran Fəttayev - Əhmədnəbi Qvarzatilov 0:6
Bürünc medal görüşü - Elçin Vəliyev - Qalib Əliyev 2:12
65 kq
FİNAL - Məhəmməd Müslümov - Ağahüseyn Mustafayev 6:2
Bürünc medal görüşü - Coşqun Əzimov - Teymur Məmmədov 6:2
Bürünc medal görüşü - Hüseyn Şahbanov - Gitinomaqomed Hacıyev -:+ (zədə)
70 kq
FİNAL - Murad Süleymanov - Ruslan Dibirhacıyev 4:4*
Bürünc medal görüşü - Emin Əzizov - Hacımurad Ömərov 2:4
Bürünc medal görüşü - Asif Əliyev - Kamran Yunusov 0:10
74 kq
FİNAL - Əşrəf Əliyev - Cəbrayıl Həsənov 4:6
Bürünc medal görüşü - Zaur Ələkbərov - Mircəfər Murtuzlu 0:4
Bürünc medal görüşü - Fərman Həsənov - Kənan Əliyev 1:7
 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.



Oxu 4665 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW