AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
30.10.2014 20:34

"Hünər meydanı" Respublika seçim turnirində ilk gün / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Hövsan Olimpiya İdman Kompleksində güləş üzrə gənclər arasında “Hünər meydanı” açıq Respublika seçim turniri start götürüb. Yarışda 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparır.

Əvvəlcə turnirin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov çıxış edib. Natiqlər ölkəmizdə idmana və idmançılara göstərilən qayğıdan və buna müvafiq olaraq idmançıların nailiyyətlərindən bəhs edib. Bildirilib ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə idmanın inkişafına dövlət qayğısının dəfələrlə artırılması sayəsində güləşçilərimiz beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə edir. Dövlət başçısı cənab İlham Əliyevin güləşçilərimizə olan qayğısının, Federasiya rəhbərliyi tərəfindən yaradılan şəraitin onları daha da stimullaşdırdığını qeyd edən natiqlər göstərilən diqqətin və yaradılan şəraitin nailiyyətlərin artmasında əhəmiyyətindən söz açıb.

Daha sonra dövlət himni səsləndirilib və yarışların final mərhələsi başlayıb. Sərbəst güləş üzrə gənclərin mübarizəsində qalib və mükafatçılar aşağıdakılardır.

50 kq
1. İbrahim Cavadov - Rusiya
2. Əli Hüseynov - Zenit İC
3. Bəxtiyar Nuriyev - Abşeron, Neftçi İSM
3. Arif Hüseynov - Abşeron, Neftçi İSM
              55 kq
1. Mahir Əmiraslanov - Neftçi İSM
2. Ruslan Qasımov - Abşeron, Neftçi İSM
3. Əfqan Xaşalov - Zenit İC
3. Nihat Bağırzadə - Gəncə, Neftçi İSM
60 kq
1. Cahid Həsənzadə - Abşeron, Neftçi İSM
2. Zəlimxan Vəliyev - Zenit İC
3. Amin Emeev - Rusiya
3. Mahal Novruzov - Neftçi İSM
  66 kq
1. Taqib Həsənov - Rusiya
2. Pənah İlyaslı - Qazax, Göyəzən
3. Musa Rüstəmzadə - Şəmkir
3. Ruslan Abdullayev - Gəncə, Neftçi İSM
74 kq
1. Axra Dzergeniya - Atasport
2. Murad Süleymanov - Gəncə, Neftçi İSM
3. Sənan Əlizadə - Xəzri İK
3. David Baqayev - Rusiya
  84 kq
1. Məhəmmədrəsul Qazıməhəmmədov - Atasport
2. Hacımurad Məhəmmədsəidov - Atasport
3. Elçin Məmmədov - Şirvan, Neftçi İSM
3. Marat Xayev - Rusiya
96 kq
1. Turxan Qurbanov - Zenit İC
2. Abdul Maqomedov - Rusiya
3. Çermen Baqayev - Atasport
3. Nizami Şəmilov - Azəri İK
  120 kq
1. Zaur Məmmədov - Zenit İC
2. Rüstəm Hacberov - Neftçi İSM
3. Camal Məmmədov - DİN İC
3. İsrail Bayramov - Zenit İC

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunur. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanır.



Oxu 6041 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW