AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.10.2014 15:44

Nümayəndəliklər üzrə təsnifat yarışlarında 1155 güləşçi mübarizə aparıb

Materialı qiymətləndirin
(7 səs)
Oktyabrın 27-29-da Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turniri keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən, yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə keçirilən seçim xarakterli zona yarışları artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirində iştirak hüququ əldə ediblər.

Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri üzrə keçirilən seçim yarışlarında ümumilikdə, sərbəst güləş üzrə 706, yunan-Roma güləşi üzrə 449 yeniyetmə güləşçi mübarizə aparıb. Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirinin final mərhələsində, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 150 sərbəst və 145 yunan-Roma güləşçisi iştirak edəcək.


Oxu 2750 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW