AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.03.2014 19:42

Yeniyetmələrin Azərbaycan çempionatı ilk gün / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(15 səs)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.

Çempionat FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyır. Yeniyetmələrin mübarizəsində ötən ay keçirilmiş zonaların seçim yarışlarında lisenziya qazanmış 1997-1999-cu il təvəllüdlü, gənclərin mübarizəsində isə, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edir.

İlk gün yarışın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərimizin son illər qazandıqları nailiyyətlərdən söz açıb, ölkəmizdə idmana, xüsusilə güləş idman növünə olan maraqdan danışıb. Dövlət başçısı cənab İlham Əliyevin güləşçilərimizə olan diqqətinin, Federasiya rəhbərliyi tərəfindən yaradılan şəraitin onları daha da stimullaşdırdığını qeyd edib və  göstərilən diqqətin, yaradılan şəraitin nailiyyətlərin artmasında əhəmiyyətindən söz açıb.

Daha sonra dövlət himni səsləndirilib və yarışların final mərhələsi başlayıb.

Turnirin proqramına əsasən, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58, 63 kq çəki dərəcəsində yeniyetmələr mübarizə aparıb. 6 çəki dərəcəsində 120 pəhləvanın mübarizəsində qaliblər müəyyənləşib.

42 kq
FİNAL - Ramal Əhədli (Sumqayıt, TİM) - Zaur Nuriyev (Məhsul İC) 4-5
Bürünc medal görüşü - Bəhruz Kərimov (Kürdəmir) - Elşad Məmmədov (Neftçi İSM) 1-10
Bürünc medal görüşü - Səid Cahangirzadə (Lənkəran) - Ramil İsrafilov (Cəngi GK) 9-9*

46 kq
FİNAL - Ədil Sadıqzadə (Zəngilan) - Seymur Hüseynov (Neftçi İSM, Cəngi GK) 4-7
Bürünc medal görüşü - Rəşad Abdulov (Sumqayıt, Zenit İC) - Elnur Musayev (6 UGGİM) 4-0
Bürünc medal görüşü - Nofəl Babayev (Sumqayıt, Zenit İC) - Rəsul Əsgərov (Pəhləvan İK) 1-0

50 kq
FİNAL - Pərvin Abdullayev (Cəngi GK) - Mikayıl Sarızadə (Beyləqan) 8-0
Bürünc medal görüşü - Sahil Nadirli (Məhsul İC) - Məhəmmədəli Həsənov (Zenit İC) 3-0
Bürünc medal görüşü - Hüseyn Seyfullayev (Cəlilabad) - Kənan Cəfərov (Neftçi İSM) 0-10

54 kq
FİNAL - Elsevər Əhədli (Sumqayıt, TİM) - Kənan Vəliyev (Gəncə, Cəngi GK) 11-5
Bürünc medal görüşü - Ağamir Cabbarzadə (Lənkəran) - Nurlan Məmmədli (MOİK) 4*-4 (təmiz qələbə)
Bürünc medal görüşü - Namaz Rüstəmov (Şəmkir OİK) - Kamran Mirzəyev (Neftçi İSM) 0-10

58 kq
FİNAL - İsrafil Yaqubzadə (Şirvan, Neftçi İSM) - Rüstəm İsayev (ROİL) 1-0
Bürünc medal görüşü - Əli Şitiyev (Balakən) - Rafiq Davudov (Məhsul İC) 3-5
Bürünc medal görüşü - Murad Allahverdiyev (DİN İC) - Zamir Əliyev (Gəncə TİM) 8-0

63 kq
FİNAL - Ceyhun Elçiyev (Həyat GK) - Ülvi Qənizadə (Neftçi İSM) 0-8
Bürünc medal görüşü - Mirdamət İsmayılzadə (Lənkəran) - Azər Hüseynov (Zəngilan) 0-6
Bürünc medal görüşü - Rasim Qazaxov (Balakən) - Arif Niftullayev (Neftçi İSM) 0-8

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.


Oxu 6394 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW