AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.12.2013 19:54

Azərbaycan çempionatında ilk gün 4 çəkidə qaliblər müəyyənləşib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir.

Çempionatın təntənəli açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə idmana, xüsusən güləş idman növünə dövlət qayğısından bəhs edib, dövlət başçısı cənab İlham Əliyevin idmançıların məşq şəraiti ilə yanaşı, ailə-məişət problemlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.  Güləşçilərimizin beynəlxalq arenalardakı nailiyyətlərindən söz açan natiqlər, ədalətli mübarizə şəraitində keçirilən Azərbaycan çempionatının iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra baş katib Əjdər Cəfərov AGF rəhbərliyi adından yarışları açıq elan edib. Dövlət himninin səslənməsi ilə açılış mərasiminin rəsmi hissəsi başa çatıb.

Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq çəki dərəcələrində 76 pəhləvan çempionluq uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır.

55 kq
1. Orxan Əhmədov - Lokomotiv
2. Murad Bazarov - Neftçi İSM
3. Murad Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Eldəniz Əzizli - Neftçi İSM

        60 kq
1. Taleh Məmmədov - Neftçi İSM
2. Elman Muxtarov - Neftçi İSM
3. Rövşən Tağıyev - Neftçi İSM
3. Elçin Əliyev - Sumqayıt, Neftçi İSM

           
66 kq
1. Həsən Əliyev - Neftçi İSM
2. Azad Əliyev - Neftçi İSM
3. Cavid Əsədov - MOİK
3. Kamran Məmmədov - DİN İC

        74 kq
1. Rüstəm Əliyev - DİN İC
2. Niyaməddin İbrahimov - Neftçi İSM
3. Hacımurad Bağmanov - Balakən, Neftçi İSM
3. Samran Nəsibov - Gömrük


Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar.

22 dekabrda isə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.



Oxu 6243 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW