AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.12.2013 15:21

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı / ANONS

Materialı qiymətləndirin
(5 səs)
21-23 dekabr 2013-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində gözlənilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Proqrama əsasən, dekabrın 21-də yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq, 22 dekabrda isə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

Çempionat günlərində klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçi müəllimlər üçün seminar da keçiriləcək. Yunan-Roma güləşi üzrə seminar dekabrın 20-də saat 14.00-da, sərbəst güləş üzrə seminar isə dekabrın 22-də saat 14.00-da baş tutacaq. Seminarlar yığma komandanın baş məşqçi müəllimi və AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılacaq.

İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da başlayacaq. Yarışların təntənəli açılış mərasimi 21 dekabr saat 17.00-da keçiriləcək.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Bütün güləş azarkeşlərini yığma komandaların heyətini birlikdə seçməyə dəvət edirik. Gəlin, güləşçilərimizə dəstək olun!



Oxu 5951 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW