AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.03.2012 10:07

Sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi keçiriləcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)

15-19 mart 2012-ci il tarixdə Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclərin Azərbaycan birinciliyi və yeniyetmə qızların açıq Respublika birinciliyi keçiriləcək. FİLA-nın qaydalarına əsasən keçirilən gənclərin yarışında 1992-1994-cü il təvəllüdlü, qızların yarışında isə 1995-1996-1997-ci il təvəllüdlü güləşçilər iştirak edə bilər. 1997-ci il təvəllüdlü idmançılar valideynin razılığı və həkimin icazəsi ilə yarışlara buraxılır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq.

Proqram:

15 mart 2012-ci il

50, 60, 74 və 96 kq – Sərbəst güləş üzrə gənclər

16 mart 2012-ci il

55, 66, 84 və 120 kq – Sərbəst güləş üzrə gənclər

17 mart 2012-ci il

50, 60, 74 və 96 kq – Yunan-Roma güləşi üzrə gənclər

18 mart 2012-ci il

55, 66, 84 və 120 kq – Yunan-Roma güləşi üzrə gənclər

19 mart 2012-ci il
34, 38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq – yeniyetmə qızlar

Yeniyetmə qızların açıq Respublika birinciliyində Azərbaycan güləşçiləri ilə yanaşı, Türkiyə, Qazaxstan, Ukraynda və Belarus komandalarının da iştirakı gözlənilir.

İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 17.00-da başlayacaq. Yarışın təntənəli açılış mərasimi martın 15-də saat 17.00-da keçiriləcək.

Martın 14-də saat 16.00-da isə Hövsan Olimpiya İdman Kompleksində yarış iştirakçılarının çəki prosesi baş tutacaq.


Oxu 5602 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW