Yarışın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə gənclər öz qüvvələrini sınadı. Gərgin mübarizə şəraitində keçən görüşlərdə fəxri kürsüyə yüksələn və yığma komandaya üzv olmaq hüququ qazanan pəhləvanlar aşağıdakılardır.
50 kq
1. Eldəniz Əzizli
2. Vilayət Qəhrəmanlı
3. Namiq İmanov
3. Səid Balabəyov
60 kq
1. Kamran Məmmədov
2. Orxan Paşayev
3. Elçin Həsənov
3. Ənvər Cəfərov
74 kq
1. Niyaməddin İbrahimov
2. Fuad Əliyev
3. Tələt Əliyev
3. Elvin Abbaslı
96 kq
1. Araz Həsənov
2. Elvin Cahangirov
3. Kamran Hüseynov
3. Samir Qayıbov
Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançı Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunacaq, həmin pəhləvanlar milli yığma komandaya cəlb olunacaq.
Yeniyetmələr arasında keçirilən yarışlarda 1993-1994-cü il təvəllüdlü 42, 46, 50, 54, 58, 63, 69, 76, 85, 100 kq-a qədər çəki dərəcələrində idmançılar, gənclər arasında keçirilən yarışlarda 1990-1992-ci il təvəllüdlü 50, 55, 60, 66, 74, 84, 96, 120 kq-a qədər çəki dərəcələrində idmançılar iştirak edəcək.
Yarışların son günündə turnirə ilk dəfə olaraq 38, 40, 43, 46, 49, 52, 56, 60, 65, 70 kq-a qədər çəki dərəcələrində yeniyetmə qızlar və 44, 48, 51, 55, 59, 63, 67, 72 kq-a qədər çəki dərəcələrində gənc qızlar da qoşulacaq.
Proqram
10.03.2010
Yunan-Roma/gənclər: 55, 66, 84, 120 kq