AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.07.2017 05:42

GAÇ-2017: Tuncay Vəzirzadə 5-ci oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

Yunan-Roma güləşçilərinin ilk yarış günündə idmançımız Zülfüqar Əliyev (50 kq) gümüş medal qazanıb.

Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə aparıb.

84 kq çəkidə yarışan Tuncay Vəzirzadə Fransa və İsveçdən olan rəqiblərinə qalib gəlsə də yarıminalda Belarus idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və Tuncay çempionatı 5-ci sırada başa vurub.

55 kq
1/8 final - Elşad Məmmədov - Dejan Petrovic (SRB) 4:7

66 kq
1/8 final - Sergei Stepanov (RUS) - Kənan Cəfərov 8:0

84 kq
1/8 final - Tuncay Vəzirzadə - Valid Desçiyev (FRA) 8:0
1/4 final - Tuncay Vəzirzadə - Aleksandar Stjepanetic (SWE) 3:2
1/2 final - Mikita Klimoviç (BLR) -  Tuncay Vəzirzadə 10:2
Bürünc medal görüşü - Temuri Tçkuaselidze (GEO) - Tuncay Vəzirzadə 15:8

120 kq
1/8 final - Marton Szabados (HUN) - Tehran Əminzadə 2:5
1/4 final - Tehran Əminzadə - Zviadi Pataridze (GEO) 0:8
Təsəlliverici görüş - Yakup Yerlikaya (TUR) - Tehran Əminzadə 5:2

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championships-1
Oxu 2227 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW