AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.06.2017 13:28

GAÇ-2017: gənc qızlarımız beşinci oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.

51 kq çəkidə yarışan Tatyana Varantsova ardıcıl olaraq Macarıstan və Fransadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına uduzan Tatyana Avropa çempionatını 5-ci sırada tamamlayıb.

67 kq-da mübarizə aparan Ceyla Nağızadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Ukraynadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan Ceyla həlledici görüşdə Rumıniya idmançısına uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

44 kq 
1/4 final - Esra Koç (TUR) - Zelfira Ələkbərli 8:0

51 kq 
1/8 final - Tatyana Varantsova - Kristina Vancza (HUN) 8:0
1/4 final - Hilary Honorine (FRA) - Tatyana Varantsova 2:8
1/2 final - Ksenia Nezgovorova (RUS) - Tatyana Varantsova 4:0
Bürünc medal görüşü - Katsiarina Piçkuskaya (BLR) - Tatyana Varantsova 2:0

59 kq 
1/8 final - Ləman Qurbanova - Emma Johansson (SWE) 0:4

67 kq 
1/4 final - Ceyla Nağızadə - Xanım Vəliyeva (RUS) 0:11
Təsəlliverici görüş - Yuliya Lisovska (UKR) - Ceyla Nağızadə 0:6
Bürünc medal görüşü - Ceyla Nağızadə - Aleksandra Angel (ROU) 0:4

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championships-1

 
Oxu 2500 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW