AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.06.2017 23:26

GAÇ-2017: sərbəst güləşçilərimiz komanda hesabında ikinci oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İlk iki yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz çempionatı 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Qızıl medalları yığmamıza Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52  xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, ötənilki analoji yarışda sərbəst güləşçilərimiz 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olmuşdu.


Oxu 1866 dəfə
Tweet
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW