AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.05.2017 23:02

AÇ-2017: ilk gündə 2 qızıl və 1 gümüş medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub.

57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə Rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Giorgi Edişeraşvili çempionatın qızıl medalını qazanıb. 

86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub. 

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub. 

57 kq
FİNAL - Giorgi Edişeraşvili - Andrei Dukov (ROU) 9:0
1/2 final - Giorgi Edişeraşvili - Zavur Uguev (RUS) 5:1
1/4 final - Zoheir EL Ouarraqe (FRA) - Giorgi Edişeraşvili 3:10
1/8 final - Dzimchyk Rynchynau (BLR) - Giorgi Edişeraşvili 0:10

86 kq
FİNAL - Aleksandr Qostiyev - Dauren Kurugliev (RUS) 
1/2 final - Selim Yaşar (TUR) - Aleksandr Qostiyev 2:3
1/4 final - Aleksandr Qostiyev - Vahe Tamrazyan (ARM) 5:3
1/8 final - Aleksandr Qostiyev - Zbigniew Mateusz Baranovski (POL) 3:1

48 kq
FİNAL - İlona Semkiv (UKR) - Mariya Stadnik 0:10
1/2 final - Emilia Alina Vuc (ROU) - Mariya Stadnik 0:10 (44 san.)
1/4 final - Mariya Stadnik - Evin Demirhan (TUR) 14:1
1/8 final - Mariya Stadnik - Anna Lukasiak (POL) 10:0

63 kq
1/4 final - İnna Trajukova (RUS) - Elmira Qəmbərova 8:2
1/8 final - Elmira Qəmbərova - Henna Katarina Johansson (SWE) 4:0 tuşe

Görüşləri aşağıdakı linkdən də canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/european-championships-0




Oxu 7112 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW