AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.04.2017 12:58

Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçiləri / FOTO-VİDEO

Materialı qiymətləndirin
(5 səs)
2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 

Yarışların son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir. 

Bu gün keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Avropa çempionatına yollanacaq heyət elan edib və çempionatda ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.  

Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, mayın 6-da 59, 66, 98 və 130 kq, son yarış günündə isə 71, 75, 80 və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək. 




Oxu 3443 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW