AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.04.2017 13:01

U-23 AÇ-2017: beşinci gündə 3 qızıl və 1 bürünc medal qazandıq / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 59, 71, 80 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 3 qızıl və 1 bürünc medalla başa vurub.

59 kq-da mübarizə aparan Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Murad Məmmədov çempionatın qızıl medalını qazanıb. 

71 kq çəki dərəcəsində yarışan İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimiz Gürcüstandan olan rəqibini də tam üstünlüklə məğlub edib və çempionatın qızıl medalını qazanıb. 

80 kq çəkidə mübarizə aparan Eltun Vəzirzadə Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Belarus təmsilçisi üzərində qələbə güləşçimizə çempionatın bürünc medalını qazandırıb. 

98 kq-da yarışan Orxan Nuriyev ardıcıl olaraq Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi Finlandiya təmsilçisi olub. Bu rəqibindən də üstün olan Orxan Nuriyev çempionatın qızıl medalına sahib olub. 

59 kq 
FİNAL - Murad Məmmədov - Cambolat Lokyaev (RUS) 4:1
1/2 final - Murad Məmmədov - Abdurrahman Altan (TUR) 9:1
1/4 final - Murad Məmmədov - Justas Petravicus (LTU) 8:0 (41 san.)

71 kq 
FİNAL - Ramaz Zoidze (GEO) - İslambek Dadov 2:10
1/2 final - İslambek Dadov - Robert Attila Fritsch (HUN) 8:0 (31 san.)
1/4 final - Riccardo Vito Abbrescia (İTA) - İslambek Dadov 3:8
1/8 final - Valeriu Toderean (MDA) - İslambek Dadov 0:11
1/16 final - Krasimir Plamenov Krumov (BUL) - İslambek Dadov 0:11 (81 san.)

80 kq 
Bürünc medal görüşü - Yahor Kasiankou (BLR) - Eltun Vəzirzadə 2:4
1/2 final - Gela Bolkvadze (GEO) - Eltun Vəzirzadə 5:1
1/4 final - Eltun Vəzirzadə - Hannes Vagner (GER) 3:2
1/8 final - Norbert Sipka (SVK) - Eltun Vəzirzadə 4:11

98 kq 
FİNAL - Matti Elias Kuosmanen (FIN) - Orxan Nuriyev 1:3
1/2 final - Orxan Nuriyev - Fatih Başköy (TUR) 5:4
1/4 final - Aleksandr Golovin (RUS) - Orxan Nuriyev 2:7
1/8 final - Romas Fridrikas (LTU) - Orxan Nuriyev 1:3

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/u23-european-championships



Oxu 6046 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW