AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.03.2017 09:11

U-23 AÇ-2017: ikinci gün 1 qızıl və 2 bürünc medal qazandıq / FOTO-VİDEO

Materialı qiymətləndirin
(3 səs)
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurub. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.

İkinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.

61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. İsveçrə təmsilçisini tam üstünlüklə məğlub edən Əli çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda Rusiya idmançısından da üstün olan Hacımurad Avropa çempionatının qızıl medalına sahib olub. 

86 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz İsveçrə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibini üstələyən Kənan Əliyev çempionatın bürünc medalını qazanıb. 

Beləliklə, U-23 Avropa çempionatında iki gün davam edən sərbəst güləş yarışlarını yığmamız 2 qızıl və 3 bürünc medalla tamamlayıb. 

61 kq
Bürünc medal görüşü - Randy Adrian Vock (SUI) - Əli Rəhimzadə 2:13
1/2 final - Əli Rəhimzadə - Hacımurad Rəşidov (RUS) 2:4
1/4 final - Huseyn Şaxbanau (BLR) - Əli Rəhimzadə 0:5
1/8 final - Nico Antonio Zarcone (GER) - Əli Rəhimzadə 3:5

70 kq
FİNAL - Hacımurad Ömərov - Zaurbek Sidakov (RUS) 1*:1
1/2 final - Surxo Raşitxanau (BLR) - Hacımurad Ömərov 0:5 (tuşe)
1/4 final - Toma Vascan (MDA) - Hacımurad Ömərov 0:10
1/8 final - Mirza Sxulukia (GEO) - Hacımurad Ömərov 1:12

86 kq
Bürünc medal görüşü - Stefan Reichmuth (SUI) - Kənan Əliyev 1:2
1/2 final - Kənan Əliyev - Bendeguz Toth (HUN) 6:8
1/4 final - Aron Caneva (İTA) - Kənan Əliyev 0:8
1/8 final - Kənan Əliyev - Abdulla Ömərov (BEL) 5:2

125 kq
1/8 final - Umar İsrailov - Danylo Kartavyi (UKR) 6:14

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/u23-european-championships



Oxu 4469 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW