AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.03.2017 11:01

U-23 AÇ-2017: ilk gün 1 qızıl və 1 bürünc medal qazandıq / FOTO-VİDEO

Materialı qiymətləndirin
(5 səs)
Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb.

İlk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimizin çempionatın qızıl medalına sahib olub.

74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısı ilə gərgin keçən görüşü qalib başa vuran güləşçimiz çempionatın bürünc medalını qazanıb. 

57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Ukrayna güləşçisinə uduzan Pərviz çempionatı 5-ci sırada tamamlayıb.


57 kq 

Bürünc medal görüşü - Andrii Yatsenko (UKR) - Pərviz İbrahimov 12:2
1/2 final - Azamat Tuskaev (RUS) - Pərviz İbrahimov 3:2
1/4 final - Pərviz İbrahimov - Ramaz Turmanidze (GEO) 17:7
1/8 final - Razvan Marian Kovacs (ROU) - Pərviz İbrahimov 0:11

65 kq 
FİNAL - Haydar Yavuz (TUR) - Teymur Məmmədov 0:3
1/2 final - Marc Dietsche (SUI) - Teymur Məmmədov 0:10
1/4 final - Oleksii Boruta (UKR) - Teymur Məmmədov 4:7
1/8 final - Elbrus Çertkoev (SVK) - Teymur Məmmədov 0:3
1/16 final - Teymur Məmmədov - Imam Aciyev (RUS) 2*:2

74 kq
Bürünc medal görüşü - Andrey Karpaç (BLR) - İsmayıl Abdullayev 10:11
1/2 final - İsmayıl Abdullayev - Zelimxan Hacıyev (FRA) 0:10
1/4 final - Andrius Mazeika (LTU) - İsmayıl Abdullayev 8:12
1/8 final - Carl Eric Henrik Martengaard (SWE) - İsmayıl Abdullayev 0:13

97 kq 
1/8 final - Yunus Emre Dede (TUR) - Pərviz Axundov 10:0

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/u23-european-championships





Oxu 5616 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW