AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.07.2016 22:09

YAÇ-2016: Əli Əminzadə bürünc medal qazandı / VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.

Yunan-Roma güləşçilərinin ilk yarış günündə yığmamız 2 bürünc medal qazanıb, Zaur Nuriyev (50 kq) və Ülvi Qənizadə (69 kq) fərqlənib.

Son yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

100 kq çəki dərəcəsində mübarizə aparan Əli Əminzadə Litva və Türkiyədən olan rəqiblərini, ardınca isə Ermənistan təmsilçisini 38 saniyədə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Polşa idmançısına uduzan Əli bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısına şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

Məlumat üçün bildirək ki, Əli Əminzadə bir neçə gün bundan əvvəl sərbəst güləş yarışlarında da 100 kq çəkidə bürünc medal qazanıb.

46 kq
1/4 final - Fail İsgəndərov - Hüseyn Hüseynov (RUS) 0:9
1/8 final - Vilius Savickas (LTU) - Fail İsgəndərov 0:4
1/16 final - Fail İsgəndərov - Marius Bulgar (ROM) 8:0

54 kq
Təsəlliverici görüş - Nurlan Dadaşov - Raxman Tavmurzaev (RUS) 2:5
Təsəlliverici görüş - Nurlan Dadaşov - İvo İliev (BUL) 13:2
1/8 final - İrakli Dzimistaraşvili (GEO) - Nurlan Dadaşov 2:1
1/16 final - Adil Sadıqzadə - Vladislav Borisenko (UKR) 6:6*
1/16 final - Krisztian Vancza (HUN) - Nurlan Dadaşov 0:2

63 kq
1/8 final - Cavid Miralayev - Nika Korşia (GEO) 1:2
1/8 final - Elnur Əsədov - Kerim Maçakalaşvili (GEO) 1:3
1/16 final - Marek Hoos (SVK) - Elnur Əsədov 0:9
1/16 final - Daniel De Morais Ca (POR) - Cavid Miralayev 0:9
1/32 final - Patrick Algeier (GER) - Cavid Miralayev 1:5
1/32 final - Vasile Dosoftei (ROM) - Elnur Əsədov 4:6

76 kq
1/16 final - Filip Smetko (CRO) - Cavid Yusifov 2:1

100 kq
Bürünc medal görüşü - Valeri İvanov (BUL) - Əli Əminzadə 0:4
1/2 final - Əli Əminzadə - Gerard Kurniczak (POL) 1:5
1/4 final - Əli Əminzadə - Hovannes Mağakyan (ARM) 9:0 (38 san.)
1/4 final - Uğur Hacılı - Gerard Kurniczak (POL) 0:3
1/8 final - Muxamed Xaisam Maxud (UKR) - Uğur Hacılı 1:6
1/8 final - Davut Selim Olcan (TUR) - Əli Əminzadə 2:3
1/16 final - Roland Vatzi (HUN) - Uğur Hacılı 0:8
1/16 final - Əli Əminzadə - Redas Milasauskas (LTU) 5:0

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championship-5

Oxu 4981 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW