AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.07.2016 22:42

YAÇ-2016: sərbəst güləşçilərimiz komanda hesabında ikinci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Çempionatın ilk iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Qızıl medalı yığma komandamıza Mahir Məmmədzadə (42 kq) qazandırıb. Maqomedsalix Abakarov (42 kq), Djopua İnal (63 kq) və Rəşad Yusifli (76 kq) final görüşündə uduzaraq gümüş medala yiyələnib. Bürünc medalları isə Əsgər Məmmədəliyev (46 kq),  İntiqam Vəlizadə (50 kq), Sabutay Əmişov (54 kq), Qadjimurad Qadjiyev (63 kq), Abubakr Abakarov (69 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) qazanıb.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında Rusiyadan sonra ikinci pillədə tamamlayıb.




Oxu 2788 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW