AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.07.2016 21:48

YAÇ-2016: ilk gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib. 

İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz ilk yarış günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

42 kq çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib. Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb. Finalda komanda yoldaşına qalib gələn Mahir Məmmədzadə Avropa çempionatının qızıl medalını qazanıb. Maqomedsalix Abakarov gümüş medalla kifayətlənib.

50 kq çəki dərəcəsində mübarizə aparan İntiqam VəlizadəVüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. İntiqam Vəlizadə Ermənistandan olan rəqibini məğlub edərək çempionatın bürünc medalını qazanıb. Vüsal Hüseynov Türkiyə təmsilçisi ilə gərgin keçən görüşü uduzaraq çempionatı beşinci sırada tamamlayıb.

58 kq çəkidə yarışan təmsilçimiz Daur Psardia Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan Daur Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimiz Türkiyə idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb. 

69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə güləşçilərimiz bir-birilə qarşılaşıb. Görüş Abubakr Abakarovun üstünlüyü ilə tamamlanıb. 

42 kq 
1/16 final - Maqomedsalix Abakarov - Marat Kibak (BLR) 6:0
1/8 final - Mahir Məmmədzadə - Arakel Movsesyan (ARM) 10:0
1/8 final - Maqomedsalix Abakarov - Giorgi Gegelaşvili (GEO) 11:6
1/4 final - Mahir Məmmədzadə - Stanislav Novac (MDA) 11:0 tuşe 
1/4 final - Maqomedsalix Abakarov - Dmitri Saldadze (GEO) 5:0 tuşe 
1/2 final - Mahir Məmmədzadə - Konstantin Kuzmin (RUS) 11:0
1/2 final - Halil Gökdeniz (TUR) - Maqomedsalix Abakarov 4:8
FİNAL - Mahir Məmmədzadə - Maqomedsalix Abakarov 10:0

50 kq
1/16 final - İntiqam Vəlizadə - Tamaz Şavadze (GEO) 10:0 (92 san.)
1/8 final - Vrez Qriqorian (GRE) - Vüsal Hüseynov 0:11
1/8 final - İntiqam Vəlizadə - Aisien Vinokurov (RUS) 7*:7
1/4 final - Vüsal Hüseynov - Tomike Katamadze (GEO) 9:2
1/4 final - İon Butnaru (MDA) - İntiqam Vəlizadə 1:3
1/2 final - Aleksei Kopilov (RUS) - Vüsal Hüseynov 4:2
1/2 final - Engin Çetin (TUR) - İntiqam Vəlizadə 6:4
Bürünc medal görüşü - Harutyun Manukyan (ARM) - İntiqam Vəlizadə 1:2
Bürünc medal görüşü - Hamza Alaca (TUR) - Vüsal Hüseynov 9:5

58 kq
1/16 final - İvan Badavrov (BUL) - Daur Psardia 6:11
1/16 final - Tsotne Abalaki (GEO) - Murad Məmmədov 3:2
1/8 final - Yuriy Postol (UKR) - Daur Psardia 1:11
1/4 final - Vazgen Tevanyan (ARM) - Daur Psardia 11:0
Təsəlliverici görüş - Zoltan Vilhelm (HUN) - Daur Psardia 0:11
Bürünc medal görüşü - Daur Psardia - Muammer Kılıç (TUR) 2:10

69 kq 
1/16 final - Erik Reinbok (EST) - Abubakr Abakarov 0:10 (63 san.)
1/16 final - Abdulmuslim Məmmədov - Yevgeni Filippov (MDA) 6:0 tuşe (85 san.)
1/8 final - Abubakr Abakarov - Oleksandr Vişnyak (UKR) 8:6
1/8 final - Abdulmuslim Məmmədov - Akşemsettin Teke (TUR) 5:4 tuşe
1/4 final - Davit Gevorgyan (ARM) - Abubakr Abakarov 8:12
1/4 final - Arslan Garajiev (RUS) - Abdulmuslim Məmmədov 8:2
1/2 final - Abubakr Abakarov - Arslan Garajiev (RUS) 0:8
Təsəlliverici görüş - Salvatore Diana (İTA) - Abdulmuslim Məmmədov 1:9
Bürünc medal görüşü - Abdulmuslim Məmmədov - Abubakr Abakarov 0:4

85 kq 
1/16 final - Artjoms Sumakovs (LTA) - Əhliman Quliyev 0:10 (74 san.)
1/8 final - Əhliman Quliyev - Mher Markosyan (ARM) 1:1*

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championship-5  




Oxu 7391 dəfə
Tweet

Comments   

 
0 #1 Aydin 2016-07-19 18:16
SAlam
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW