AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.06.2016 21:07

GAÇ-2016: sərbəst güləşçilərimiz komanda hesabında üçüncü oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

Çempionatın son iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 2 qızıl və 4 bürünc medal qazanıb.

Qızıl medalları komandamıza Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) isə bürünc medala yiyələnib.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. 78 xal toplayan Rusiya birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötən ilki analoji yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdı.

Oxu 2709 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW