AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.06.2016 21:07

GAÇ-2016: Murad qızıl, Əliabbas və Məhəmmədrəsul bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə ilk görüşündə Rusiya təmsilçisinə uduzsa da rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Türkiyə təmsilçisinə tam üstünlüklə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Son görüşdə Gürcüstan idmançısını da üstələyən Əliabbas Avropa çempionatının bürünc medalını qazanıb.

74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ilk olaraq Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran Murad, yarımfinalda Litva təmsilçisini vaxtından əvvəl məğlub edib və finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisinə də heç bir şans verməyib və Avropa çempionatının qızıl medalına yiyələnib. 

96 kq-dakı təmsilçimiz Məhəmmədrəsul Qazıməhəmmədov ardıcıl olaraq Moldova və Belarus idmançılarını məğlub edib. Yarımfinalda Gürcüstan təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz bürünc medal şansı qazanıb. Həlledici görüşdə Almaniya təmsilçisini üstələyən Məhəmmədrəsul çempionatın bürünc medalına sahib olub. 

50 kq
1/16 final - Georgiy Okorokov (RUS) - Əliabbas Rzazadə 6:5
Təsəlliverici görüş - Əliabbas Rzazadə - Sinan Yıldırım (TUR) 10:0 (76 san.)
Bürünc medal görüşü - Əliabbas Rzazadə - Giorgi Xaçidze (GEO) 10:0

60 kq
1/8 final - Gevorg Tadevosyan (ARM) - Əli Rəhimzadə 6:7
1/4 final - Əli Rəhimzadə - Selim Kozan (TUR) 4:6
Təsəlliverici görüş - Yaroslav Hurskiy (UKR) - Əli Rəhimzadə 5:4

74 kq
1/16 final - Murad Süleymanov - Pavlos Tsopouzidis (GRE) 10:0 (88 san.)
1/8 final - Tariel Qafrindaşvili (GEO) - Murad Süleymanov 10:16
1/4 final - Kamil Rıbiçki (POL) - Murad Süleymanov 3:7
1/2 final - Andrius Mazeika (LTU) - Murad Süleymanov 0:10 (101 san.)
FİNAL - Zaurbek Sidakov (RUS) - Murad Süleymanov 4:9

96 kq
1/8 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Dmitri Ceacusta (MDA) 5:3
1/4 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Aliaksey Rudzianok (BLR) 9:3
1/2 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Givi Matçaraşvili (GEO) 2:5
Bürünc medal görüşü - İlya Matuhin (GER) - Məhəmmədrəsul Qazıməhəmmədov 2:8

Yarışları aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championship-junior-1 



Oxu 6727 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW