AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.06.2016 21:08

GAÇ-2016: yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Çempionatın ilk iki günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qızıl medalları komandamıza Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qazandırıb. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 48 xalla üçüncü pillədə tamamlayıb. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötən ilki analoji yarışda da yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdı.



Oxu 2425 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW