AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.04.2016 11:41

U-23 AÇ-2016: Alyona gümüş və Leyla bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

Çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib.

Yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

53 kq çəkidə mübarizə aparan güləşçimiz Leyla Qurbanova ilk görüşdə Rumıniyadan Simona Pricob, ardınca Türkiyədən Fikriye Gök üzərində qələbə qazanıb. Yarımfinalda Ukrayna təmsilçisi Lilya Horişna ilə görüşü uduzan Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə güləşçimiz İsveçdən Sandra Sarkkinen ilə dueldən qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub. 

58 kq çəkidə çempionatda iştirak edən Alyona Kolesnik ardıcıl olaraq Moldovadan Ekaterina Rusu və Türkiyədən Derya Bayhanı tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda isə güləşçimiz Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Rəqibinə uduzan Alyona çempionatın gümüş medalı ilə kifayətlənib.

Beləliklə, U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yarışı tamamlayan qadın güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq Ukrayna (60), Rusiya (60) və Türkiyədən (51) sonra 4-cü yerdə qərarlaşıb.

53 kq 
1/8 final - Leyla Qurbanova - Simona Pricob (ROU) 5:2
1/4 final - Fikriye Gök (TUR) - Leyla Qurbanova 0:10
1/2 final - Lilya Horişna (UKR) - Leyla Qurbanova 10:4
Bürünc medal görüşü - Sandra Sofia Sarkkinen (SWE) - Leyla Qurbanova 0:10

58 kq
1/4 final - Ekaterina Rusu (MDA) - Alyona Kolesnik 2:2* (tuşe)
1/2 final - Alyona Kolesnik - Derya Bayhan (TUR) 12:2
FİNAL - Alyona Kolesnik - Tetyana Kit (UKR) 0:3


Oxu 2646 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW