AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.03.2016 11:26

Güləş üzrə U-23 Avropa çempionatı başlayır / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
29 mart - 3 aprel 2016-cı il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq. 

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb. 

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionata Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) yollanacaq. 

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

 
Oxu 2436 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW